Almaniya cinsi azlıqlardan üzr istədi

Almaniya prezidenti Frank-Valter Ştaynmayer 1930-cu illərdə olduğu kimi son illərdə təqiblərə məruz qaldığı üçün homoseksuallardan üzr istəyib.

Almaniya prezidenti Frank-Valter Ştaynmayer 1930-cu illərdə olduğu kimi son illərdə təqiblərə məruz qaldığı üçün homoseksuallardan üzr istəyib. 

Bu məlumatı "Deutsche Welle" yayıb. 

İyunun 3-də Berlində milli sosializmin təqiblərinə məruz qalmış homoseksuallara qoyulmuş abidənin açılışının 10 illiyinə həsr olunmuş rəsmi mərasim keçirilib. 

Siyasətçi bildirib ki, seksual azlıq nümayəndələrindən bütün əzablara və haqsızlıqlara görə üzr istəyir. 

Ştaynmayer əlavə edib ki, milli sosializm dövründə on minlərlə homoseksual sui-qəsdə və təhqirlərə məruz qalıb. 

"Onlar işgəncələrə məruz qalır, həbsxana və düşərgələrə göndərilirdi. On minlərlə insan öldürülüb", - o bildirib. 

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31