Tiflisdə nəqliyyat kollapsı: Tətil davam edir

Tiflisdə metro maşinistlərinin tətili davam edir.

Tiflisdə metro maşinistlərinin tətili davam edir.

Tiflis meri Kaxa Kaladzenin maşinistlərlə apardığı danışıqlar nəticəsiz qalıb. Maşinistlərin tətilinə görə Tiflisdəki avtobus dayanacaqlarında böyük tıxaclar yaranıb. İnsanların öz iş yerlərinə getməkdə çətinlik çəkirlər.

Qeyd edək ki, maşinistlərin tətili dünəndən başlayıb. Etirazlara metronun demək olar ki, bütün maşinistləri qoşulub. Maşinistlər əmək haqlarının 45% artırılaraq 870 dollara çatdırılmasını tələb ediblər.

Maşinistlərin etirazından sonra şəhərdə yaranacaq nəqliyyat kollapsının qarşısının alınması üçün meriya avtobusların insanlar üçün pulsuz fəaliyyət göstərəcəyi açıqlayıb. Meriya həmçinin maşinistlərin maaşlarının qaldırılması üçün kifayət qədər imkanlara sahib olmadığını deyib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31