180 məhbus həbsxanadan qaçdı
Nigeriyanın Minna şəhərində azı 180 məhbus həbsxanadan qaçıb.
5 İyun 2018 11:20 DünyaNigeriyanın Minna şəhərində azı 180 məhbus həbsxanadan qaçıb.
Bu barədə yerli "Daily Post" qəzeti ölkənin daxili işlər naziri Əbdülrəhman Danbazauya istinadən yazıb.
Qəzetin məlumatına görə, qaçanlardan 30 nəfərini tapıb həbsxanaya geri qaytarmaq mümkün olub.
Həbsxananın yerləşdiyi Niger ştatının qubernatoru Sani-Bello bildirib ki, ştat rəhbərliyi həbsxanalarda islahatlar və ştat daxilində həbsxana infrastrukturunu yaxşılaşdırmaq məqsədi ilə federal hökumətlə əməkdaşlıq edəcək.
Hazırda rəsmilər məhbusların qaçma şəraitini və səbəblərini aydınlaşdırır.
Virtualaz.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31