Çavuşoğlu: "İlk F-35 təyyarəsi Türkiyəyə iyunun 21-i veriləcək"

Ankara və Vaşinqton arasında 5-ci nəsil F-35 qırıcı təyyarələrinin alınması barədə saziş qüvvədə qalır.

Ankara və Vaşinqton arasında 5-ci nəsil F-35 qırıcı təyyarələrinin alınması barədə saziş qüvvədə qalır.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövled Çavuşoğlu ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşündən sonra bildirib.

Onun sözlərinə görə, ilk F-35 təyyarəsi Türkiyəyə iyun ayının 21-i veriləcək: "Biz Amerika tərəfinə bildirdik ki, ABŞ konqresinin istifadə etdiyi hədə-qorxu dilini qəbul etmirik, bu, qeyri-konstruktivdir. İlk F-35 təyyarəsi əvvəl planlaşdırıldığı kimi bizə iyunun 21-i veriləcək. Bu mövzuda heç bir dəyişiklik yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31