NATO-dan Rusiyaya “Qılınc zərbəsi” – Müharibəyə hazırlıq
4 İyun 2018 18:49 DünyaNATO Litvada hərbi təlimlərə başlayıb.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, 19 ölkənin Silahlı Qüvvələrinin iştirak etdiyi təlimlərə 18 min hərbçi qatılıb.
"Qılınc zərbəsi" ("Saber strike") adlandırılan təlimlərin Rusiyanın Baltikyanı dövlətlər və Polşaya qarşı artan təhdidlərinə qarşı hazırlıq məqsədi daşıyır.
Manevrlərin həmçinin NATO-ya üzv olan ölkələr arasında Rusiyaya qarşı hərbi əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyi diqqətə çatdırılıb.
Təlimlər iyunun 15-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31