Azərbaycan vətəndaşı Lvovda binanın fasadının uçması nəticəsində yaralanıb
Azərbaycan vətəndaşı Ukraynanın Lvov şəhərinin mərkəzindəki binanın fasadının bir hissəsinin uçması zamanı xəsarət alıb.
4 İyun 2018 16:57 DünyaAzərbaycan vətəndaşı Ukraynanın Lvov şəhərinin mərkəzindəki binanın fasadının bir hissəsinin uçması zamanı xəsarət alıb.
Bu barədə Lvov şəhər qaynar xəttindən bildiriblər.
Məlumata görə, Qalitskaya küçəsi və Bazar meydanının yaxınlığında yerləşən binanın fasadının uçması nəticəsində Bakı sakini yaralanıb. O, xəstəxanaya yerləşdirilib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31