Tanınmış baş məşqçi və xanımına silahlı hücum

“Vest Hem”in baş məşqçisi Manuel Pelleqrini və həyat yoldaşı silahlı şəxslər tərəfindən qarət edilib.

"Vest Hem"in baş məşqçisi Manuel Pelleqrini və həyat yoldaşı silahlı şəxslər tərəfindən qarət edilib. 

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, cütlüyə Çilinin paytaxtı Santyaqoda restorandan çıxarkən hücum edilib. Bildirilir ki, Pelleqrininin xanımının çantasını oğurlayanlar daha sonra polislə atışmağa başlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Cinayətkarların axtarışı davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31