İsrail NATO-nun təliminə qatılacaq
İsrail ilk dəfə NATO-nun Şərqi Avropa hərbi təliminə qatılacaq.
4 İyun 2018 14:17 Dünyaİsrail ilk dəfə NATO-nun Şərqi Avropa hərbi təliminə qatılacaq.
"Qılınc zərbəsi-18" adı verilən və 19 ölkədən 18 min əsgərin iştirak etdiyi təlim Polşada başlayıb. Təlimə bu il ilk dəfə NATO-ya üzv olmayan İsrail də qoşulub.
Məlumatda qeyd olunur ki, " Qılınc zərbəsi-18" hərbi təlimi Polşa, Litva, Latviyadan start götürərək bu bölgədə bu qədər böyük miqyada ilk hərbi təlim olacaq. İsrail təlimi ikinci hissəsində iştirak edəcək.
Təlimə qatılan digər ölkələr ABŞ, İngiltərə, Fransa, İtaliya, Kanada, Litva, Latviya, Niderland, Makedoniya, Polşa, İspaniya, Rumıniya, Norveç, Çexiya və Norveçdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31