Əfqanıstanda universitet yaxınlığında partlayış: 14 ölü, 17 yaralı
Əfqanıstanın paytaxtı Kabulda Politexnik Universitetinin binası yaxılığında törədilən terror aktı nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb.
4 İyun 2018 14:04 DünyaƏfqanıstanın paytaxtı Kabulda Politexnik Universitetinin binası yaxılığında törədilən terror aktı nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb.
Bu barədə yerli polis idarəsindən bildirilib.
Məlumata görə, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.
Qeyd edək ki, bir müddət əvvəl partlayışın ölkənin tanınmış din xadimlərindən birinin universitet binasını tərk etdiyi zaman baş verdiyi bildirilmişdi. Həmin din xadimi universitetdəki çıxşında Əfqanıstandakı münaqişəni pisləyən fətva vermişdi.
Partlayışın məsuliyyətinin hələlik heç bir qruplaşma üzərinə götürməyib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31