Putinlə Kim Çen İnin görüş vaxtı məlum olub
Rusiya Prezidenti Vladimir Putinlə KXDR rəhbəri Kim Çen İn sentyabr ayında görüşə bilər.
4 İyun 2018 13:46 DünyaRusiya Prezidenti Vladimir Putinlə KXDR rəhbəri Kim Çen İn sentyabr ayında görüşə bilər.
Hazırda görüşün dəqiq vaxtı və yeri barədə danışıqlar aparılır.
Görüşün Vladivostokda Şərq İqtisadi Forumu çərçivəsində keçirilməsi ehtimal olunur.
Ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kim Çen İnlə görüşmüş və onu Rusiyaya dəvət etmişdi.
Qeyd edək ki, iyun ayının 12-i Kim Çen İnin Sinqapurda ABŞ Prezidenti Donald Trampla görüşü gözlənilir.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31