Kabildə din xadimləri hədəf alındı: 8 ölü, 9 yaralı
Əfqanıstanın paytaxtı Kabildə növbəti terakt törədilib.
4 İyun 2018 12:59 DünyaƏfqanıstanın paytaxtı Kabildə növbəti terakt törədilib.
Terrorçular bir araya toplaşan din adamlarını hədəf alıb. Hücum zamanı azı 8 nəfər ölüb, 9 nəfər isə yaralanıb. Ölülərin sayının artması ehtimal edilir.
Qeyd edək ki, hücum Əfqan Üləma Məclisinin görüşünə edilib. Teraktdan sonra din xadimləri hücum əleyhinə fətva ilə çıxış ediblər.
Partlayışı hələlik heç bir terror qrupu öz üzərinə götürməyib.
Qaynarinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31