Balinanın mədəsindən çıxanlar şok yaratdı - Foto
Tailandda sahilə çıxan balinanın mədəsindən 80 ədəd plastik torba çıxıb.
4 İyun 2018 12:38 DünyaTailandda sahilə çıxan balinanın mədəsindən 80 ədəd plastik torba çıxıb.
Olaylar.az "Haberler"ə istinadən xəbər verir ki, balinanın plastik torbalar yedikdən sonra öldüyü məlum olub. Torbaların hər birinin təxminən yarım kilo olduğu bildirilib. Ekspertizaların nəticəsini açıqlayan mütəxəssislər torbaların balinanın yemək yeməsinə əngəl törətdiyini və buna görə öldüyü qənaətinə gəlib.
Hər il bölgədə 300 dəniz heyvanının dənizə atılan plastik məhsulları udduğu üçün həyatını itirdiyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31