Avropaya keçmək istəyən ailə dəhşət yaşadı - 5 uşağını birdən itirdi - FOTO
Qanunsuz yollarla dəniz vasitəsi ilə Türkiyədən Avropaya keçmək istəyən miqrantların içərisində olduğu qayıq Antalyanın Demre mahalı yaxınlığında batıb.
4 İyun 2018 12:13 DünyaQanunsuz yollarla dəniz vasitəsi ilə Türkiyədən Avropaya keçmək istəyən miqrantların içərisində olduğu qayıq Antalyanın Demre mahalı yaxınlığında batıb.
Qayığın batması nəticəsində 9 nəfər boğularaq ölüb, 6 nəfər xilas edilib.
Boğulan 9 nəfərdən 1-i qadın, 6-sı uşaqdır. Ölən uşaqların 5-i qardaş olub.
5 övladı eyni anda ölən Zeynep Osman və İdris Raşit cütlüyünün halı pisləşib, onlara xəstəxanada xüsusi yardım edilib.
Qeyd edək ki, qayıqdakılar Suriya vətəndaşı olublar.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31