Suriyada azərbaycanlı İŞİD komandiri öldürülüb
Suriyanın İdlib əyalətində İŞİD dəstələrinə kamandanlıq edən azərbaycanlı öldürülüb.
3 İyun 2018 00:48 DünyaSuriyanın İdlib əyalətində İŞİD dəstələrinə kamandanlıq edən azərbaycanlı öldürülüb.
Regionda təhlükəsizliyin təmin edilməsi üçün "Həyat Təhrir Şam" qruplaşması İŞİD-ə qarşı xüsusi əməliyyat keçirib.
Əməliyyat zamanı İdlibin şimalında İŞİD-in gizli düşərgəsi aşkar edilib. Hücum zamanı İŞİD-in bir neçə yüksəkçinli komandirləri öldürülüb.
Öldürülənlər arasında Əbu Cəmal Azəri ləqəbli azərbaycanlı komandir də olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31