Türk ordusu İraqın daxilinə doğru 26 kilometr irəliləyib
Türkiyə qoşunları İraqın şimalında ölkənin daxilinə doğru 26 kilometr irəliləyib.
2 İyun 2018 23:11 DünyaTürkiyə qoşunları İraqın şimalında ölkənin daxilinə doğru 26 kilometr irəliləyib.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soyluya istinadən "Anadolu" məlumat yayıb.
"Əsgərlərimiz Şimali İraqda 26-27 kilometr irəliləyib. Qandilə (İraqda şəhər - red.) az qalıb, biz bu xain quruluşu boş buraxmayacağıq", - deyə agentlik Soylunun sözlərini sitat gətirib.
İraqın şimalında yerləşən Qandil şəhərində PKK terror təşkilatının bazası yerləşir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31