Ərdoğandan kritik çağırış:  Hamınız cinayət işi açın!

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Konya mitinqində çıxışı zamanı deputatlara səslənib.  Ərdoğan çıxışı zamanı “Deputat yoldaşlarıma oğru ittihamında olan bu “İncə”yə cinayət işi başladın, hamınız cinayət işi başladın”, – deyə bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Konya mitinqində çıxışı zamanı deputatlara səslənib.

Ərdoğan çıxışı zamanı "Deputat yoldaşlarıma oğru ittihamında olan bu "İncə"yə cinayət işi başladın, hamınız cinayət işi başladın", - deyə bildirib.

"Biz etdiklərimizi və edəcəklərimizi bildiririk. Bəs digərləri nə danışır? Dağıdacağıq deyirlər. Keçmişə qayıdacağıq deyirlər. Bağlayacağıq, etməyəcəyik deyirlər. Burada xidmət edən millətvəkillərimizi oğru kimi ittiham edəcək qədər irəli gedirlər. Bunlar dağıtdı. Millət vəkilinə necə bu sözü işlədə bilərsən. Sən də oğrusan o zaman. Mənim deputat yoldaşlarıma oğru ilə ittiham olunan bu İncəyə cinayət işi başladın", - deyə Ərdoğan bildirib.

A24.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31