İranın mərkəzi əyalətlərindən birində təyyarə qəzası baş verib.
Bu barədə İranın "Fars" agentliyi məlumat yayıb. Qəza İsfahan bölgəsindəki yaşayış məntəqəsində olub. Hadisənin texniki nasazlıq üzündən baş verdiyi bildirilir. Ölüm faktı yoxdur. Hər iki pilot vaxtında katapult edə bilib. Xilasedicilər tərəfindən tapılan pilotlar xəstəxanaya yerləşdirilib. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31