Xankəndidə Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının iştirakı ilə dava düşüb, 15 nəfər tutulub

Azərbaycanın işğal altında olan Xankəndi şəhərində Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının iştirakı ilə kütləvi dava olub."Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar 15 nəfər tutulub.Hadisənin məişət zəminində baş verdiyi bildirilir və Təhlükəsizlik Xidməti əməkdaşlarının cəzalandırlıması tələb olunur.Faktla bağlı məhkəmə tibbi-ekspertizası keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31