Tramp Kim Çen İnla görüşməyə razılıq verib
ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında görüş iyunun 12-də Sinqapurda keçiriləcək.
2 İyun 2018 10:15 DünyaABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında görüş iyunun 12-də Sinqapurda keçiriləcək.
Bunu cümə günü Vaşinqton Administrasiyasının rəhbəri Ağ evin Oval kabinəsində Şimali Koreyanın Əmək Partiyasının Vahid cəbhə şöbəsinin müdiri Kim Yon Çhol ilə görüşündən sonra deyib.
"Biz iyunun 12-də Sinqapurda görüşəcəyik", - deyə Tramp bildirib.
O əlavə edib ki, KXDR öz nüvəsizləşdirilməsini təmin etmək istəyir, həmçinin KXDR liderinin məktubunu aldığını təsdiq edib və Pxenyan emissarı ilə görüşünü məhsuldar adlandırıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31