BMT TŞ ABŞ-ın Fələstinlə bağlı qətnamə layihəsini qəbul etməyib
BMT Təhlükəsizlik Şurası ABŞ-ın gündəliyə daxil etdiyi və xüsusilə də HƏMAS qruplaşmasının pislənməsini nəzərdə tutan Fələstin-İsrail münaqişəsi ilə bağlı qətnamə layihəsini dəstəkləməyib.
2 İyun 2018 10:12 DünyaBMT Təhlükəsizlik Şurası ABŞ-ın gündəliyə daxil etdiyi və xüsusilə də HƏMAS qruplaşmasının pislənməsini nəzərdə tutan Fələstin-İsrail münaqişəsi ilə bağlı qətnamə layihəsini dəstəkləməyib.
Layihənin lehinə yalnız Birləşmiş Ştatlar səs verib.
Şuranın Rusiya da daxil olmaqla 3 üzvü səndin əleyhinə səs verib, 11 ölkə bitərəf qalıb.
"Layihə qəbul olunmur, çünki o, tələb olunan sayda səs toplamadı", - deyə TŞ-nin sədri, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31