ABŞ BMT-nin İsrailin Qəzzadakı əməllərini pisləyən qətnaməsini rədd edib
ABŞ BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) İsrailin fələstinlilərə qarşı güc tətbiqini pisləyən Fələstin-İsrail münaqişəsi üzrə qətnamə layihəsinə veto qoyub.
2 İyun 2018 10:10 DünyaABŞ BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) İsrailin fələstinlilərə qarşı güc tətbiqini pisləyən Fələstin-İsrail münaqişəsi üzrə qətnamə layihəsinə veto qoyub.
TŞ-nin Rusiya da daxil olmaqla 10 üzvü sənədin lehinə, ABŞ isə əleyhinə səs verib. Dörd üzv ölkə bitərəf qalıb.
"Qətnamə layihəsi qəbul olunmadı, çünki TŞ-nin daimi üzvü onun əleyhinə səs verdi", - deyə TŞ-nin sədri, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
ABŞ BMT TŞ-nin 5 daimi üzvündən biri kimi veto qoymaq hüququna malikdir.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31