Niderland təyyarəsi Portuqaliyada təcili endi - Sərnişindən pis qoxu gəldiyi üçün
Niderlandın “Transavia” aviaşirkətinin təyyarəsi Portuqaliyanın Faro şəhərində təcili eniş etməli olub.
1 İyun 2018 18:36 DünyaNiderlandın "Transavia" aviaşirkətinin təyyarəsi Portuqaliyanın Faro şəhərində təcili eniş etməli olub.
Buna sərnişinlərdən birinin pis qoxu verməsi səbəb olub.
Qeyd olunur ki, bununla əlaqədar bəzi sərnişinlər özünü pis hiss etməyə başlayıb, ürəkbulanması əmələ gəlib.
Nəticədə pilotlar Amsterdamdan İspaniyanın Qran Kanariya adasına uçan təyyarəni Portuqaliyada endirməyə qərara alıb. Faro hava limanında həmin şəxsi həkimlər qarşılayıb.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31