Rusiyada partlayış - 8 uşaq xəsarət alıb - Video
1 İyun 2018 19:02 DünyaRusiyanın İrkutsk şəhərində Ticarət Mərkəzində "Beynəlxalq Uşaqlar Günü" ilə əlaqədar keçirilən tədbirdə faciə baş verib.
Oyun zalında keçirilən kimyəvi təcrübə zamanı 10 yaşına qədər olan 8 uşaq yanıq xəsarəti alıb.
Məlumata görə, maye yanacaqla aparılan təcrübə zamanı partlayış baş verib və yanğın ziyarətçilərin paltarlarına keçib. Qeyd edilir ki, uşaqlar 1 və 2-ci dərəcəli yanıqla şəhər klinikasına çatdırılıblar. Onların bəzilərində bədənlərinin 40 faizinin yandığı bildirilir.
Azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31