Melaniya Tramp sükutu pozdu: “Mən yaxşıyam”
ABŞ-ın birinci xanımı Melaniya Tramp sonuncu dəfə 10 may tarixində ictimaiyyət qarşısına çıxmışdı.
1 İyun 2018 18:57 DünyaABŞ-ın birinci xanımı Melaniya Tramp sonuncu dəfə 10 may tarixində ictimaiyyət qarşısına çıxmışdı.
3 həftə sükuta çəkilən Melaniya Tvitterdə paylaşım edib.
Melaniya may ayında böyrək əməliyyatı keçirib. Iddiaya görə, Melaniya səhhətini və ailəsini qorumaq üçün ictiamiyyətdən uzaq durub. 3 həftə sonra isə Melaniya Tvitterdə "Mən yaxşıyam" yazısını paylaşıb.
Trampdan fərqli olaraq sosial mətbuatdan çox istifadə etməyən birinci xanım yazıb:
"Mətbuatda mənim harada olduğum və nə işlə məşğul olduğum barədə iddialar görürəm. Mən ailəmlə birlikdə Ağ Evdəyəm. Özümü əla hiss edirəm. Uşaqlarım və amerikan xalqı üçün işləyirəm".
"Ölkə.Az"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31