Erməni nazirlər ekonom-klassda uçacaq

Ermənistanlı nazirlər bundan sonra ezamiyyətə ekonom-klassda uçacaq.

Ermənistanlı nazirlər bundan sonra ezamiyyətə ekonom-klassda uçacaq. 

Hökumət aparatın rəhbəri Eduard Aqacanyanın sözlərinə görə, baş nazirin müavini Tiqran Avinyan Astanaya belə səfər edib. 

"Bundan sonra belə işləyəcəyik. Nümayəndə heyətinin qarşısına ciddi şərtlər qoyulacaq. Heç kim iş ezamiyyətinə turizm məqsədləri üçün qatıla bilməcəyək", - Aqacanyan deyib. 

"Əgər baş nazirin müavini ekonom-klassla uçacaqsa, nazirlər də belə edəcək", - o əlavə edib. 

Sputnik

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31