Metrodan istifadənin pulsuz olması ilə bağlı əmr verildi
Venesuelanın paytaxtı Karakasda metro stansiyaları bilet hazırlamaq mümkün olmadığı üçün öz turniklərini istifadəçiləri üçün açıb.
1 İyun 2018 17:19 DünyaVenesuelanın paytaxtı Karakasda metro stansiyaları bilet hazırlamaq mümkün olmadığı üçün öz turniklərini istifadəçiləri üçün açıb.
Metroda istifadə edilən əksər avadanlıqlar kimi, bilet hazırlanması üçün xammal da Venesuelaya xaricdən gətirilir.
Ancaq hökumət böhran səbəbindən valyuta ehtiyatlarına qənaət etmək məcburiyyətindədir.
Nəticədə metro stansiyalarının rəhbərlərinə sərnişinlər üçün bu nəqliyyat vasitəsinin pulsuz olması ilə bağlı əmr verilib.
Karakasda metro xidmətlərindən gün ərzində iki milyon insan istifadə edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31