“Paşinyan hər dəfə xalqla görüşəndə stress keçiririk” - Mühafizə rəisi

Ermənistanın Baş naziri Nikol Paşinyan Serj Sərkisyanın prezidentliyi dövründə dövlət mühafizə xidmətinin rəisi olmuş Qraçya Artünyanı mühafizə rəhbəri təyin edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan Serj Sərkisyanın prezidentliyi dövründə dövlət mühafizə xidmətinin rəisi olmuş Qraçya Artünyanı mühafizə rəhbəri təyin edib.

Teleqraf.com "Joxovurd" nəşrinə istinadla xəbər verir ki, Sərkisyana sadiq olan Qraçya Artünyanın rəhbərlik etdiyi struktur hazırda baş nazirə tabedir və o öz vəzifəsindən istefa verməyib.

Qraçya Artünya istefa etməməsinin səbəbini hərbçi olmaqda görür: "Hərbçiyəm, istefamla bağlı məsələni mən həll etmirəm. Nikol Paşinyan məni yaxşı qəbul elədi və normal əməkdaşlıq quruldu".

O, Sərkisyan və Paşinyanın iş stilindəki fərqi belə izah edib: "İndi işimizdə müəyyən çətinliklər yaranıb. Paşinyan hər dəfə xalqla görüşə gedəndə bizim mühafizəçilərimiz stress keçirir, narahat olurlar. Çünki gərgin iş rejimində çalışmalı oluruq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31