Gürcüstan DİN genişmiqyaslı etirazlara səbəb olan işin təkrar baxılmasına başlayıb

Gürcüstan Daxili İşlər Nazirliyi ötən ilin dekabr ayında yeniyetmələrin qətlə yetirilməsi ilə bağlı işin təkrar istintaqını başlayıb. Bu barədə qurumun bəyanatında deyilir.

Gürcüstan Daxili İşlər Nazirliyi ötən ilin dekabr ayında yeniyetmələrin qətlə yetirilməsi ilə bağlı işin təkrar istintaqını başlayıb.

Bu barədə qurumun bəyanatında deyilir.

Nazirliyin məlumatına görə, dünən artıq bir neçə nəfər sorğu-sual edilib. Gürcüstan DİN məhkəmənin nəticəsinə bilavasitə və ya dolayısı ilə təsir edənlərin hamısının müəyyənləşdiriləcəyini vəd edib.

Qeyd edək ki, dünən kütləvi etiraz aksiyaları fonunda Gürcüstanın baş prokuroru İrakli Şotadze istefa verib.

Ardından Tbilisidə parlament binası qarşısında etiraz edənlər hökumətin istefasını və növbədənkənar parlament seçkilərinin təyin edilməsini tələb ediblər.

Etiraz aksiyası bu gün saat 16:00-da davam etdirilib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31