Aktyor çəkiliş zamanı yandı - Video
"Jet sosyete" serialı ilə gündəmdə olan aktyor Enis Arıkan çəkiliş məkanında yaşadığı xoşagəlməz hadisəni bölüşüb.
1 İyun 2018 16:38 Dünya"Jet sosyete" serialı ilə gündəmdə olan aktyor Enis Arıkan çəkiliş məkanında yaşadığı xoşagəlməz hadisəni bölüşüb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinin yeni bölümündəki yemək yarışması səhnəsi zamanı Arıkan sobanın üstünə oturub.
"Çəkiliş zamanı özündən razı şəkildə aparıcılıq edərkən, ombamı sobanın üstünə qoydum. Başladım aparıcılığa davam etməyə. Başladım kiçik istilik hiss etməyə. Sən demə, bilmədən düyməyə toxunmuşam. sonra qışqıra-qışqıra ombama vurub alovu söndürməyə başladıq. Arxasıyla sobanı yandıran ilk aktyoram yəqin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31