Rusiya qırıcıları Suriyanı bombaladı
Rusiya qırıcıları Suriyada Hama və İdlib vilayətlərinin sərhədində İŞİD terrorçularına məxsus obyektlərə aviazərbələr endirib.
1 İyun 2018 15:01 DünyaRusiya qırıcıları Suriyada Hama və İdlib vilayətlərinin sərhədində İŞİD terrorçularına məxsus obyektlərə aviazərbələr endirib.
Bununla bağlı "Al Masdar News" portalı məlumat yayıb.
Portalın Dəməşqdəki mənbəyi bildirib ki, Rusiya qırıcıları Xan-Şeyhun, Kafr Zita, Əl-Latamna, Zakat və Salhiyah yaşayış məntəqələrini vurub.
Hücumlar iyunun 1-i, gecə saatlarında həyata keçirilib. Əməliyyat zamanı Hama və İdlibdə türk əsgərləri də olub. Onlar arasında ölən və ya xəsarət alanların olub-olmaması ilə bağlı məlumat verilmir.
Mənbənin sözlərinə görə, zərbələr terrorçuların hücumlarının qarşısını almaq üçün endirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31