Paşinyan 10 əyalətdən 8-nə yeni qubernator təyin etdi

Ermənistan hökumətinin bugünkü iclasında ölkənin 10 əyalətindən 8-nə yeni qubernator təyin olunub.

Ermənistan hökumətinin bugünkü iclasında ölkənin 10 əyalətindən 8-nə yeni qubernator təyin olunub.

Virtualaz.org yerli KİV-ə istinadən xatırladır ki, vəzifəyə gələndən sonra baş nazir Nikol Paşinyan bütün qubernatorların dəyişdirilməsinin lazım olduğunu demişdi.

Nəticədə Nazirlər Kabinetinin qərarı ilə bütün qubernatorlar vəzifədən kənarlaşdırılıb.

Ermənistan hökumətinin yeni qərarı ilə isə Nor Kyak kəndinin sabiq başçısı Qarik Sarkisyan Ararat əyalətinin qubernatoru, Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyasının üzvü Romanos Petrosyan Kotayksk əyalətinin qubernatoru, İcevan şəhərinin meri Vahe Qalumyan Tavuş əyalətinin qubernatoru, "Vətəndaş müqaviləsi" partiyasının üzvü Karen Saruxaryan Şirak əyalətinin qubernatoru, "Daşnaksütyun" partiyasının üzvü İşxan Saqatelyan Qeqarkunik əyalətinin qubernatoru, Vayk şəhərinin keçmiş meri Araqaç Saqatelyan Vayoçdzor əyalətinin qubernatoru, Qrant Marqaryan Loriysk əyalətinin qubernatoru, Araqaçotnsk əyalətinin qubernatoru isə "Daşnaksütyun" partiyasının üzvü, 2017-ci ilin iyulundan 2018-ci ilin aprelinədək elə Araqaçotnsk əyalətinin qubernatoru olmuş Aşot Simonyan təyin olunub.

Digər 2 əyalətə qubernator təyin edilməsi sonraya saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31