Avropa ABŞ-a cavab verməyə hazırlaşır

ABŞ-ın Avropa İttifaqından idxal edilən alüminium və polad məhsullarına əlavə gömrük vergisi tətbiq olunması qərarına Brüssel cavab verməyə hazırlaşır. Avropa Komissiyasının prezidenti Yan Klod Yunker ABŞ-ın qərarını “Bu dünya ticarəti üçün pis bir gün” sözləri ilə qiymətləndirib.

ABŞ-ın Avropa İttifaqından idxal edilən alüminium və polad məhsullarına əlavə gömrük vergisi tətbiq olunması qərarına Brüssel cavab verməyə hazırlaşır.

Avropa Komissiyasının prezidenti Yan Klod Yunker ABŞ-ın qərarını "Bu dünya ticarəti üçün pis bir gün" sözləri ilə qiymətləndirib.

Yunker ABŞ-ın Aİ-yə seçim şansı qoymadığını bildirib. O, Dünya Ticarət Təşkilatına (DTÖ) müraciət ediləcəyini və ABŞ-dan idxal edilən məhsullara əlavə gömrük vergisi tətbiq olunacağını söyləyib.

Yunker "Onlar nə edirsə, biz də edə bilərik" deyib.

Aİ ABŞ-dan idxal edilən təxminən 2,8 milyard avro dəyərində məhsula əlavə gömrük vergisi tətbiq etməyi planlaşdırır. Bu məhsullar arasında viski, yer fıstığı, "Harley-Davidson" markalı motosiklet və "Levis" markalı kot-şalvar var.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31