Sevgilisi tərəfindən vəhşicəsinə döyüdü, selfi fotosu ölümdən xilas etdi
1 İyun 2018 13:54 DünyaModel Marta Dolakın mobil telefonuna gələn bir ismarış sevgilisi Maykl Qudvin tərəfindən vəhşicəsinə döyülməsinə səbəb olub.
"Ölkə.Az" xəbər verir ki, Londonda yaşayan 31 yaşlı gənc qadın çəkdiyi bir selfie fotonun onu ölümdən xilas etdiyini bildirib. Marta 21 saat davam edən işgəncəni belə danışıb:
"Dostumdan gələn ismarış məni Maykldan ayrılmağa sövq edirdi. Mesajı görəndə qapıları bağladı. Pəncərəyə tərəf getdim ki, kimsə məni görsün və ya özümü aşağı atım. Amma birdən böyük bir ağrı his etdim. Heç bir şeyi xatırlamıram.
Oyananda çarpayıda idim. Hərəkət edə bilmirdim. Ayaqlarımı hiss etmirdim. Dəhşətli baş ağrı var idi. Gözüm isə açılmır, üzümdə qalın qan ləkəsi var idi.
Sonra isə sevgilim başıma təpiklə vurdu. Bir selfie foto çəkdim, özümü görəndə dəhşətə gəldim. Fotonu dostuma göndərib yardım istədim. Dostum ailəmə, ailəm də polisə xəbər verdi. Polis əvvəlcə Mayklın köhnə ünvanına gedib bacısı ilə danışıb. Bacısı mənim pilləkəndən yıxıldığımı deyib. Polis getdikdən sonra məni xəstəxanaya aparıb. Bir az gec aparsaydı, ölə bilərdim".
Qeyd edək ki, Maykl məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.