Trampın nitqləri ABŞ-ı tələyə saldı – İran HÜCUMA KEÇDİ
İran parlamenti İŞİD terror qruplaşmasının Tehranda törətdiyi terror aktları ilə əlaqədar ABŞ-ı məhkəməyə verməyə hazırlaşır.
1 İyun 2018 13:39 Dünyaİran parlamenti İŞİD terror qruplaşmasının Tehranda törətdiyi terror aktları ilə əlaqədar ABŞ-ı məhkəməyə verməyə hazırlaşır.
İran məhkəmə iddiasında ABŞ prezidenti Donald Trampın seçkiqabağı niqtlərindən istifadə edəcək.
Belə ki, Tramp seçkiqabağı kampaniyasında dəfələrlə iddia edib ki, İŞİD-i Barak Obama (həmin dövrün prezidenti) və Hillari Klinton (sabiq dövlət katibi) yaradıblar.
Xatırladaq ki, 2017-ci ilin iyununda İŞİD döyüşçüləri parlament binasına və İran İslam Respublikasının banisi Xomeyninin məqbərəsinə hücum ediblər. Terror aktları nəticəsində 10-dan çox insan ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31