Litvada hərbi təlimlər başladı - Adı "Əyləncəli gurultu"
1 İyun 2018 12:50 DünyaLitvada ölkə tarixinin ən genişmiqyaslı hərbi təlimləri başlayıb.
Trend-in məlumatına görə, "Perkuno Griausmas" ("Əyləncəli gurultu") adı verilən təlimlərdə 9 minə yaxın hərbçi iştirak edir.
Məlumata görə, təlimlər iyun ayının 1-dən 15-dək keçiriləcək.
Bildirilir ki, təlimlərin yerli xarakter daşımasına baxmayaraq, bəzi əməliyyatlarda Litvadakı NATO qüvvələri də iştirak edəcək.
Qeyd olunur ki, təlimləri izləmək üçün Rusiya, Belarus, Finlandiya və İsveçdən nümayəndələr dəvət olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31