Paşinyana Nobel mükafatı verilir? – Səfirlərdən təşəbbüs
1 İyun 2018 12:31 DünyaErmənistanın Baş naziri Nikol Paşinyanın sülh üzrə Nobel mükafatına namizədliyi irəli sürüləcək.
Bu barədə TASS agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, bu təşəbbüs Ermənistanda akkreditə olunmuş bir neçə xarici səfirlərə məxsusdur.
Onların sözlərinə görə, Paşinyan Ermənistana ictimai sabitlik gətirməklə yanaşı, həm də regionda sülhün və tolerantlığın yaradılmasının təşəbbüskarı ola bilər.
Nobel sülh mükafatı 1901-ci ildə təsis edilib. Hazırda ictimai-siyasi və humanitar fəaliyyət sahəsində ən nüfuzlu beynəlxalq mükafatdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31