Ərdoğandan sürpriz: "Çayınız hazırsa, gəlirəm" - Video

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tələbələrin dəvəti ilə onlarla birlikdə imsak mərasiminə qatılıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tələbələrin dəvəti ilə onlarla birlikdə imsak mərasiminə qatılıb.

Axar.az xəbər verir ki, Hüseyn Qazi tələbə evinin gəncləri ölkə başçısını Tvitter hesabından yataqxanaya dəvət ediblər.

Bir qədər sonra isə tələbələr üçün gözlənilməz an baş verib. Ərdoğan tvitə cavab yazıb: "Çayınız hazırdırsa, gəlirəm".

Ərdoğan onu imsaka dəvət edən tələbələri ziyarət edib. Onlarla birlikdə imsak edib. Tələbələrə dərslərində və gələcək həyatlarında uğur arzu edib.

Prezidentin tələbə yataqxanasını ziyarət etməsi Rəcəb Tayyib Ərdoğanın Tvitter hesabından canlı yayımlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31