Meksikada anomal istilərlə bağlı fövqəladə vəziyyət elan edilib

Meksika hökuməti 22-31 ştat ərazisində müşahidə edilən anomal istilərlə bağlı fövqəladə vəziyyət elan edib.

Meksika hökuməti 22-31 ştat ərazisində müşahidə edilən anomal istilərlə bağlı fövqəladə vəziyyət elan edib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, fövqəladə vəziyyət Aşağı Kaliforniya, Cənubi Aşağı Kaliforniya, Sonora, Nayarit, Oaxaka, Duranqo və digər statlar daxil olmaqla 573 bələdiyyədə elan edilib.Bu ştatların bəzilərində havanın temperaturu 45-50 dərəcəyə qədər yüksəlib.

Qeyd edək ki, mayın 30-da Meksikanın paytaxtında 100 il bundan öncə qeydə alınan ən yüksək temperatur 31.7 dərəcəyə qalxıb. Tibb işçiləri belə hava şəraitində açıq hava şəriaitində çox olmamağı məsləhət görürülər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31