Yayın ilk günü Rusiyaya yenə qar yağdı
Rusiyanın Ekaterinburq şəhərində iyunun 1-ə keçən gecə qar yağıb.
1 İyun 2018 11:26 DünyaRusiyanın Ekaterinburq şəhərində iyunun 1-ə keçən gecə qar yağıb.
Sinoptiklər buludlu hava şəraiti olacağı barədə məlumat versələr də, qarın yağması sakinlər üçün gözlənilməz olub.
Qar bir saat ərzində fasiləsiz yağıb. Gecə havanın temperaturu -4 və - 9 arasında dəyişib.
Bugünkü proqnoza görə, Rusiyanın bu şəhərində arabir yağış gözlənilir.
Qeyd edək ki, ötən gün Rusiyanın Kirov şəhərinə də qar yağmışdı.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31