Bu gündən ABŞ bu ölkələrdən bu məhsullara rüsum qoyur

ABŞ administrasiyası iyunun 1-dən Avropa İttifaqı, Kanada və Meksikadan polad və alüminium məmulatlarının gətirilməsi üçün gömrük rüsumu tətbiq edir. Bunu ABŞ-ın ticarət naziri Uilbur Ross deyib.

"ABŞ administrasiyası iyunun 1-dən Avropa İttifaqı, Kanada və Meksikadan polad və alüminium məmulatlarının gətirilməsi üçün gömrük rüsumu tətbiq edir".

Bunu ABŞ-ın ticarət naziri Uilbur Ross deyib.

Nazir qeyd edib ki, rüsum tətbiq ediləcək 23 ölkə var.

Onun sözlərinə görə, Cənubi Koreya, Argentina, Braziliya, Avstraliya, Kanada, Meksika və Avropa İttifaqı ölkələrinə verilən müvəqqəti icazə mayın 31-də başa çatıb.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31