Türk nazir jurnalistə əsəbiləşdi: “Belə müsahibə olmaz” – VİDEO
1 İyun 2018 11:09 DünyaTürkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun Almaniyada "Deutsche Welle"nin "Konflikt zonası" verilişində verdiyi müsahibə zamanı gərginlik yaşanıb.
Çavuşoğlu müsahibənin gedişində jurnalist Tim Sebastyanın tez-tez onun sözünü kəsməsinə əsəbiləşib.
Nazir jurnalistdən onun sözünü kəsməməsini tələb edib:
"Danışmağıma icazə vermirsiniz. Sualınızı verirsiniz, dediyim ilk cümlədən sonra sözümü kəsirsiniz və məndən daha çox şərh verirsiniz. Belə müsahibə olmaz. Sualınızı verin, şərhinizi əlavə edin və mən cavablayana qədər sözümü kəsməyin. Əgər Türkiyənin xarici işlər nazirini bu formada təhqir etmək istəyirsinizsə, bu doğru yol deyil. Siz hörmət etmirsiniz".
Qeyd edək ki, gərginlik anları videoda 5:37 - 6:25 dəqiqələr arasındadır.
Qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31