Sosial şəbəkəyə girənlər vergi ödəyəcəklər - Yeni qanun
Uqanda parlamenti sosial şəbəkədən istifadəyə görə vətəndaşların vergi ödəməsini özündə ehtiva edən qanun layihəsini qəbul edib.
1 İyun 2018 11:06 DünyaUqanda parlamenti sosial şəbəkədən istifadəyə görə vətəndaşların vergi ödəməsini özündə ehtiva edən qanun layihəsini qəbul edib.
Teleqraf.com xəbər verir ki, sosial şəbəkələrdən istifadə edən vətəndaşlar hər gün üçün 0,05 dollar vergi ödəməli olacaqlar.
Prezident Yoveri Kaquta Musveneni qanunun zərərli informasiyalara qarşı mübarizə məqsədilə qəbul edildiyini bildirib.
Qeyd edək ki, Uqandada 2016-cı il prezident seçkiləri ərəfəsində sosial şəbəkələrə giriş məhdudlaşdırılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31