Ermənistanda şəhər meri və onun müavini tutulub
31 May 2018 14:37 DünyaErmənistanın Masis şəhərinin meri David Ambartsumyan və onun müavini Karen Ohanyan tutulublar.
Bunu ölkənin İstintaq Komitəsi sədrinin müşaviri Sona Truzyan "Facebook"da yazıb.
Məlumata görə, onlar 2018-ci il aprelin 22-də Yerevanda etiraz yürüşü iştirakçılarına hücum təşkil etməkdə ittiham olunurlar. Həmin gün maska geyinmiş bir qrup gənclərə hücum edərək, onları dəyənklə döymüşdülər. Həmin hadisə ilə bağlı daha 3 nəfər saxlanılıb.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31