Avropa Paşinyana 176 milyon avro ayırdı
31 May 2018 14:10 Dünya2018-2022-ci illərdə Avropa İttifaqı Ermənistanda aparılan islahatların dəstəklənməsi üçün 176 milyon avro ayıracaq.
Bunu Ermənistanın xarici işlər nazirinin müavini Armen Papikyan bildirib.
Onun sözlərinə görə, iyunun 1-dən Aİ ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında saziş qüvvəyə minəcək.
A.Papikyan onu da əlavə edib ki, 2018-ci ildə Ermənistana 36 milyon avro təqdim ediləcək.
Virtualaz.org "Aysor" nəşrinə istinadən xəbər verir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31