Türkiyənin ABŞ-dakı səfiri Vaşinqtona qayıtdı

Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıc vəzifəsini davam etdirmək üçün Vaşinqtona qayıdıb. Türkiyənin NTV televiziyası xəbər verir ki, o, mayın 31-də ABŞ-a yola düşüb.

Qeyd edək ki, mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Buna etiraz edən minlərlə fələstinli Qəzza zolağında aksiya keçirib. İsrail ordusunun açdığı atəş nəticəsində 62 fələstinli həlak olub, 3000-dən çox insan yaralanıb.

Türkiyə buna etiraz olaraq ABŞ-dakı səfiri Serdar Kılıc məsləhətləşmələr üçün Ankaraya çağırmışdı.

Xatırladaq ki, bu il iyunun 4-də Vaşinqtonda ABŞ-la Türkiyə arasında münasibətlərin normallaşamsına dair danışıqlar olacaq.

Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31