Türkiyəli deputat Paşinyanla görüşəcək

Erməni əsilli Türkiyə Parlamentinin Kürd Demokratik partiyasının deputatı Karo Paylyan Ermənistana səfər edəcək.

Erməni əsilli Türkiyə Parlamentinin Kürd Demokratik partiyasının deputatı Karo Paylyan Ermənistana səfər edəcək.  

Bu barədə deputat "Akunq.net" erməni saytına verdiyi müsahibədə bildirib.

Deputat səfər zamanı baş nazir Nikol Paşinyanla görüşmək niyyətindədir.

O bundan əvvəlki səfəri zamanı Ermənistan Parlamentinin "Çıxış" bloku ilə görüşlər keçirib. Paylyan bu vaxt hazır ki baş nazir Nikol Paşinyanla da görüşüb.

"Türkiyədəki seçkilərdən dərhal sonra mən Ermənistana səfər edib Nikol Paşinyanla üz-üzə görüşməyi planlaşdırıram" - Paylyan bildirib.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31