"Ermənistan prezidenti inqilab üçün daha təhlükəlidir"
31 May 2018 12:54 Dünya"Ermənistan prezidenti Armen Sarkisyan inqilab üçün Respublikaçılar Partiyasından (keçmiş hakim partiyanı nəzərdə tutur - "Report") daha təhlükəlidir".
Bunu "Jamanak" qəzeti bildirib.
"Armen Sarkisyan prezident seçildikdən sonra yeni partiyanın yaradılması istiqamətində davamlı fəaliyyət göstərir. O, bu partiyanı kölgədə qalaraq idarə edəcək. Armen Sarkisyan son günlər keçmiş dövlət məmurları ilə görüşlər keçirir, onları dövlət aparatında vəzifələrə təyin edir. O başa düşür ki, İngiltərə kralı statusundan onu parlamentdə təmsil olunan partiyası xilas edə bilər. Bununla yanaşı, keçmiş məmurların uğuru əksinqilabçıların qələbəsi ilə də nəticələnə bilər", - qəzet yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31