Melaniya Tramp 20 gündür haradadır?
31 May 2018 08:57 DünyaABŞ-ın birinci xanımı Melaniya Trampdan artıq 20 gündür xəbər yoxdur.Axar.az xəbər verir ki, ABŞ mediası yenidən ölkənin birinci xanımının yoxa çıxmasını gündəmə gətirib. Tramp son olaraq, Şimali Koreyanın 3 ABŞ vətəndaşını azad etməsi ilə bağlı keçirilən mərasimdə iştirak edib.Qeyd edək ki, Tramp da bir müddət öncə Ağ Evin həyətində verdiyi açıqlamasında yoldaşının pəncərədən baxdığını söyləmişdi. Ancaq pəncərədə heç kəs yox idi. O, 14 mayda böyrəyindən əməliyyat olunub. Ölkə başçısı da əməliyyatın uğurla keçdiyini bəyan etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31