Əsəd ABŞ-ı hərəkətə gətirdi: Ağ Evdən Kremlə sərt tələb

ABŞ Dövlət Departamenti Rusiya Silahlı Qüvvələrinin Gürcüstana hərbi müdaxiləsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda Rusiyadan öz hərbi birləşmələrini işğal etdiyi Abxaziya və Cənubi Osetiyadan geri çəkmək tələb olunub.

"Abxaziya və Cənubi Osetiya Gürcüstanın əraziləridir", deyilən bəyanatda Rusiyanın qonşu dövlətlərə təcavüzkar siyasəti pislənilib.

Qeyd edək ki, Suriya Prezidenti Bəşər Əsəd mayın 29-da Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimləri müstəqil dövlətlər kimi tanıdığını açıqlayıb.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31