ABŞ-dan Rusiyaya xəbərdarlıq: “Hərbçilərinizi bölgədən çıxarın”
ABŞ Abxaziya və Cənubi Osetiyanın tək tərəfli müstəqillik elan etməsinə bir daha sərt reaksiya verib.
30 May 2018 16:47 DünyaABŞ Abxaziya və Cənubi Osetiyanın tək tərəfli müstəqillik elan etməsinə bir daha sərt reaksiya verib.
Azadinform xəbər verir ki, Əsəd rejiminin bu iki bölgənin müstəqil dövlət olaraq tanımasının ardından, rəsmi Vaşinqton Rusiyanı bu bölgələrdən hərbçilərini geri çəkməsi barədə xəbərdarlıq edib.
Xatırladaq ki, 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında Cənubi Osetiya müharibəsi kimi bilinən qarşıdurma yarandı. Müharibədən sonra, Rusiyanın dəstəklədiyi Abxaziya və Cənubi Osetiya Gürcüstandan ayrılaraq tək tərəfli müstəqilliyini elan etdilər. Rusiya da bu iki bölgənin müstəqilliyini tanımışdı. Qeyd edək ki, hazırda Abxaziya və Cənubi Osetiya bölgələrinin Gürcüstanla cəbhə xəttində Rusiya hərbçiləri fəaliyyət göstərir.